Loading...

 

  Redaktor .Sənan Həsənli. Vaxtiniz varsa oxuyun!Redaktə

Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun SurraCavad, Nərimankənd Abdulyan,QaratəpəQuruzma,Qaraqaşlı,Bulaqlı,ZəngənəzQalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yeri,Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri(Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır.Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayınkəndi bu adı daşıyır.

Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdəMidiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.

Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatikmateriallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), III Toğrula (1177-1194), II Fəribürzə məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.

IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.

Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdəŞirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilərdövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov«Gülüstani-İrəm» əsərində yazırdı ki, «1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi». Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə CavadOsmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.

Abbasqulu Bakıxanov "Bakı xanlıqları tarixindən" adlı əsərində yazırdı: «15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) NadirDağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi».

XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyasıCavad qəzasının tərkib hissəsi idi.

Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur.

1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.

 
Mühüm hadisələrin tarixiRedaktə

  • Sabirabad rayonu 1930-cu ilin avqustun 8-də təşkil olunub.
  • 1931-ci ilin oktyabrın 7-də Petropavlovka adlanan rayona Azərbaycanın böyük şairiMirzə Ələkbər Sabirin adı verilib.
  • Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabadın tərkib hissəsi olmuşdur. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir.
  • 1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabrın 4-də isə şəhər statusu verilmişdir.
  • Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi kimi ilk dəfə Sabirabada 1969-ci ilin avqustunda səfər etmişdir. O, bir-birinin ardınca 1969-1982-ci illər ərzində 14 dəfə Sabirabad rayonunda olmuşdur. Həmin illərdə rayonda Qrup Su kəməri Sistemi qurulmuş, qaz xətti çəkilmiş, Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Kür çayı üzərində körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur. Heydər Əliyev 1998-ci il oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində Sabirabad rayonu içtimaiyyəti ilə görüşmüş və Qalaqayın çadır şəhərciyində məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
  • 2003-cü ilin oktyabrın 7-də Prezident seçkiləri ərəfəsində İlham Əliyevrespublikanın Baş naziri kimi sabirabadlılarla görüşmüşdür. Rayonun ziyalıları adından olunan xahişə cavab olaraq Sabirabadda Olimpiya İdman Kompleksinin tikintisi üçün bütün zəruri tədbirləri görəcəyini vəd etmişdir. İlham Əliyev 2005-ci il oktyabrın 6-da artıq Azərbaycan prezidenti kimi Sabirabad rayonunda səfərdə olmuşdur. O, Heydər Əliyevin abidəsinin və muzeyinin, "Muğan" Tibbi Diaqnostika Mərkəzinin açılışında və Olimpiya İdman Kompleksinin bünövrəsinin qoyulması mərarisimində iştirak etmişdir. İlham Əliyev 2008-ci il sentyabrın 26-da Sabirabad rayonununa növbəti dəfə səfərdə olmuşdur. O, müasir formada inşa olunmuş Heydər Əliyev Muzeyində olmuş, Olimpiya İdman Kompleksinin və Gəncləər Mərkəzinin açılışında iştirak etmiş, "Qafqaz AKP" Məhdud Məsulliyyətli Cəmiyyətin Alkapon müəssisəsinin və Lift zavodunun, Bulaqlı kəndində yaradılmış "Aqroliznqservis"in işi ilə tanış olmuşdur. İlham Əliyev 2010-cu il noyabrın 1-də Kür və Araz çaylarının yaratdığı təbii fəlakətdən sonra görülən işlərlə yerində tanış olmuş və subasmaya məruz qalmış Mürsəlli kənd orta məktəbinin əsaslı təmirindən sonra açılışında iştirak etmiş və Şıxlar kənd sakini Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış olmuşdur. O, 2011-ci il mayın 5-də Sabirabad rayonuna səfəri çərçivəsində Qasımbəyli kəndinə yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş və həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, içtimaiyyətin nümayəndələri və yolüstü Əsgərbəylikəndinin sakinləri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, lazımi tapşırıq və tösiyələrini vermişdir.

 
Coğrafi mövqeyiRedaktə

Sabirabad rayonu Kür və Araz çayının qovuşduğu yerdə yerləşir. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində yerləşən Muğan düzündə, bir hissəsi Kür çayının sol sahilində Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində Mil düzündə yerləşir.Rayon şimaldan Kürdəmir, şərqdən Şirvan, cənub-şərqdən, cənubdan Biləsuvar, qərbdən Saatlı və İmişli rayonları ilə sərhədi vardır. Sabirabad rayonu dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

 
RelyefiRedaktə

Sabirabad rayonu Muğan, Şirvan və qismənMil düzlərində yerləşir. Ərazisi okean səviyyəsindən aşağıdadır.

 
Geoloji quruluşuRedaktə

Antropogen çöküntülər yayılmışdır.

 
Çayları və su hövzələriRedaktə

Əsas çayı rayon ərazisindən keçən Kürdür.Araz çayıyla şəhər yaxınlığında Suqovuşan adlanan yerdə qovuşur. Sarısugöllərinin bir hissəsi Sabirabad rayonu ərazisindədir.

 
Landşaftları və bioloji xüsusiyyətləri

 
FaunasıRedaktə

Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağalın qaz , ağqaş qaz , qırın ızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar adi tülkü və s. canlılar yaşayır.[4]

 
MədəniyyətRedaktə

Tarixi memarlıq abidələriRedaktə

Rayonun Zəngənə kəndində 4-cü əsrAtropatena dövründə əsası qoyulmuş Ultan qalası adlı qala-şəhəri mövcud olmuşdur.Qala 17-ci əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.Bu dövrə qədər müxtəlif dövlətlərin himayəsi ilə yenilənmişdir.

Rayonun ən qədim tarixi memarlıq abidəsi ""Baba Samid" türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.

Köhnə hamam adı ilə tanınan memarlıq abidəsi Fizuli küçəsi, 27-də yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.

Şamaxı məscidi adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.

Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.

ƏfsanələrRedaktə

Əfsanəyə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər «süfrə çala» kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.

Tarixi faktlarRedaktə

  • "13 yanvar 1148/1736/-cı ildə Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148 /1738/ cı ildə şah elan edildi". 1747-ci ildə isə şah üsul idarəsi süquta uğradı. (A.Bakıxanov. Bakı xanlığının tarixindən. Bakı: 1983, səh 165.)
  • 1606-cı ildə şah Abbas Azərbaycandan Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığında bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi.
  • Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirlə, qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi. (A.Bakıxanov. Gülüstani İrəm. Bakı: 1991, səh 114, 118.)
  • Şirvandan hərəkət edərək Teymur Kür çayının sahilinə gələrək buranı ordugah etdi. O, Şeyx İbrahimə hökmdar geyimi təltif etdi. Burada bir neçə gün xoşbəxtlik taxt-tacında eyş-işrətlə məşğul oldu. (Nizam əd-Din Şami XV əsr. / Qızıl orda tarixinə aid sənədlər toplusu. P.M-L.1941. səh. 124)
  • Mukan əhalisi bunu Muğan kimi tələffüz edir. Ərəb sözü deyil. Mukan–çoxlu kəndi və otlağı olan bir vilayətdir. Bura öz sürülərini otaran türkmənlər məskunlaşmışdır və türkmənlər əhalinin çox hissəsini təşkil edir. (Yaqut əl-həmavi XIII əsr. Mujam əl-Buldan. Bakı: 1983, səh 20).

SənətkarlıqRedaktə

Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali qustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular. Muğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.

Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.

XınayaxdıRedaktə

Oğlan toyndan bir gün əvvəl bəy evindən olan qız-gəlinlər xınayaxdı mərasimini keçirtmək üçün axşamüstü qız evinə yollanırlar. Əvvəlcədən qız üçün göndərilmiş xına bir qabda isladılır. Süfrə başına toplaşan qız və gəlinlər yeyib-içdikdən sonra hənayaxma mərasimi başlayır. İsladılmış xınanı gəlinin əlinə, ayağına və başına yaxır, sonra isə mərasimə toplaşanlara da təklif olunur. Gəlinin başına örpək örtülür və onun başı üstünə qaldırdığı xınadan gözü bağlı bir oğlan uşağı götürüb hər hansı bir qızın üstünə yaxır. Deyimlərə görə bu qızı da tezliklə nişan mərasimi gözləyir.

Gəlin köçürmə və bəy çıxarmaRedaktə

Oğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xalat bağlayırlar. Digər maşınlara da xalat bağlanılır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Bir neçə ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız və gəlinlər maşınlara oturub musiqi sədaları altında qız evinə yollanırlar.

Oğlan evinin adamları vağzalı sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalır, oynayır, pul (şabaş) xərcləyirlər. Evdə isə gəlini öz yaxını lampa başına fırladır, gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb və gəlinin başına baş bəzəyi üçün pul qoyub bu sözləri yeddi dəfə təkrar edirlər.

Anam bacım qız gəlin
Əli-ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin.

Bu sözlər deyildikcə lent açılıb bağlanır. Mərasim başa çatır. Ata qızına öyüd-nəsihət verir. Suyun sərin, çörəyin bişmiş olsun. Ruzun bol, ocağın isti olsun. Allah səni xoşbəxt eləsin, oğullu-qızlı olasan, getdiyin yerdən yarıyısan, qayınatan atan, qayınanan isə anan olsun. Sən də bu evin yox, o evin qızı olasan.

Şamlar və güzgü də gəlinlə birlikdə oğlan evinə aparılır. Qız evində güzgüyə xələt alınmışsa həmin güzgüyə oğlan evində də yenidən güzgünü aparan şəxsə xələt verilir. Yol boyu gəlin maşınının qabağını kəsmək üçün uşaqlar ip çəkərək maşınların qabağını kəsib onlardan xələt istəyirlər. Bu yol boyu bir neçə dəfə təkrar olunur. Gəlin maşını oğlan evinə çatarkən maşının üstünə şirin noğul və konfet səpilir. Oraya toplanan uşaqlar şirniyyatları yığaraq sevinirlər. Gəlinin və bəyin başı üzərində ruzilərinin bol olmasına görə duz-çörək kəsilir. Gəlin öz otağına çatmamış bir qaba doldurulmuş suyu dağıdır və bir boşqab sındırır. Bəzən də gəlinin ayağı altında qurban kəsilir və onun qanından gəlinin alnına sürtürlər. Bəzən gəlini otuzdurmaq üçün ya qayınanası və ya qayınatası ona qiymətli hədiyyə verir.

Çadırda başlayan toy axşamüstünə qədər davam edir və qız evinin adamları bəy çıxartmaq mərasimi üçün hazırlıq işləri görürlər. Bəyin stolunu bəzəyir, sağdış, solduş və bəy üçün gətirilmiş hədiyyələri onlar üçün qoyur. Bəy digər məhəllədən və qonşu evdən musiqi sədaları altında çadıra gətirilir və öz yerində əyləşdirilir. Əvvəlcə qız evnin adamları bəyin qarşısında oynayır və xələtlik parçaları onların boynuna dolayırlar.

Milli geyimlərRedaktə

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.

Milli folklorRedaktə

Sabirabadda yerli əhali ilə yanaşı Mexseti türkləri və Ermənistan torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Onların adət-ənənələri artıq el-oba arasında kütləvi hal almışdır. Türk folklor ansamblı rayonun ictimai tədbirlərində həmişə yaxından iştirak edir. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı və Ailə ansamblı fəaliyyət göstərir.

KulinariyaRedaktə

Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir rayonun mili kulinariyasının əsasını təşkil edir. Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəhməz hazırlanır.

Baba Samid məqbərəsi 16-cı əsrRedaktə

Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix institutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin səfəvi padşahı I Şah Təhmasibvaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (ə.s) (765-818-ci illər) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

Maraqlı guşələr, mənzərələrRedaktə

Qədim Azərbaycanın bərəkətli torpaqları olan Şirvanla Muğanı birləşdirən Kür çayı ilə həsrət, ayrılıq simvolu olmuş Araz çayı Sabirabadda bir-birinə qovuşur. Bu yer «SUQOVUŞAN» adlanır. Rayonun ən böyük kəndlərindən biri və rayonda çıxan qəzet bu adı daşıyır. Şəhərin mərkəzində Kür-Araz mehmanxana kompleksi və şadlıq sarayı fəaliyyət göstərir. Kür çayının öz məcrasını dəyişməsi nəticəsində rayon ərazisində bir çox göllər, o cümlədən Sarısu gölü yaranmışdır.

MeşəliklərRedaktə

Sabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. BulduqHəşimxanlı,KürkəndiƏtcələrAxtaçıQaratuğay,GüdəcühürŞıx SalahlıSalmanlıPoladtuğaykəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir.

 
TəhsilRedaktə

Ümumtəhsil məktəblərinin sayı: 85

1) Şəhərdə: 9
2) Kəndlərdə: 76

Tam orta məktəblər: 65

1) Şəhərdə 8
2) Kəndlərdə 57

Ümumi orta məktəblər: 15

1) Şəhərdə 1
2) Kəndlərdə 14
İbtidai məktəblər: 5
Rayon üzrə şagirdlərin sayı: 24606
Rayon üzrə müəllimlərin sayı: 2688
Rayon üzrə texniki işçilərin sayı: 1084
Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 1
Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı: 348

Sabirabad rayon Təhsil şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.

Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblərRedaktə

Axtaçı Muğan və Çığırğan kənd tam orta məktəbləri H.Əliyev Fondunun vəsaiti hesabına 2005 – ci ildə tikilib istifadəyə verilmişdir.

Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuşdur.

Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.

2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.

E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur.Qaraağac, Kovlar, 1 saylı Qaragüney və Xəlfəlikənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də təmir işi aparılmışdır.

2014-cü ildə Səməd Vurğun adına 3 saylı şəhər və 2 saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur. 460 şagird yerlikÇöl Beşdəli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.

2016-cı ildə Moranlı kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir. Yaxa Dəllək kənd tam orta məktəbində son tamamlanma işləri gedir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad şəhərində 3 saylı uşaq bağçasının yeni binası tikilmiş, 15 dekabr 2014-cü ildə 100 yerlik uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 2015-ci ildə Sabirabad şəhəri 1 saylı, Axısxa və Çöl Beşdəli kənd uşaq bağçalarının da binalarında əsaslı təmir işi başa çatdırılmışdır. 2016-cı ildə Ulacalı kənd uşaq bağçasının yeni binası tikilmişdir. 2017-ci ildə Qaraağac kənd uşaq bağçasının binası əsaslı təmir edilmişdir.

Sabirabad Dövlət Sosial İqtisadi KolleciRedaktə

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 40 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 93 nəfərdir. Hazırda kollecdə 570 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:

  • fiziki tərbiyə
  • peşə təlimi
  • yol hərəkətinin təşkili
  • baytarlıq
  • mühasibat uçotu
  • maliyyə işi
  • bank işi
  • ailə və ev təhsili
  • bələdiyyə təsərrüfatının təşkili
  • arxiv işi və kərguzarlıq
  • kitabxana və informasiya təminatı

Burada ixtisasların tələbata uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır. Kollecin 9456 ədəd kitab fonduna malik kitabxanası vardır. Kitabxana yeni dərslik, dərs vəsaitləri, bədii ədəbiyyatla daim zənginləşir. Eyni zamanda kollecdə müasir dövrün tələblərinə cavab verən oxu zalı tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Kollecdə dərs otaqlarının əyaniliklə zənginləşdirilməsi, təmir-bərpa işləri müntəzəm aparılır.

Sabirabad Peşə LiseyiRedaktə

Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır. Liseydə 240 nəfər şagird təhsil alır.

8 ixtisas qrupu vardır:

  • traktorçu-maşinist, təmirçi-çilingər
  • kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər
  • meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər
  • heyvanlarda süni mayalanma üzrə texnik-dərzi
  • əl elektrik qaynaqçısı
  • kompüter ustası
  • pambıqçı

Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur.

Peşə liseyində 19 fənn kabineti yaradılmışdır.


Örnek Sokak 1a, 12345 Örnekşehir
+90 1234567890